Tanınmış müğənnimiz qəza törədib  QAÇDI?  - AÇIQLAMA
03 iyul 2021 19:57 (UTC +04:00)

Tanınmış müğənnimiz qəza törədib QAÇDI? - AÇIQLAMA

Müğənni Nigar Camal iki gün öncə keçirdiyi avtomobil qəzası barədə danışıb.

Lent.az xəbər verir ki, ifaçı bildirib ki, qəza baş verdiyi ərazini tərk etməsi əbəs yerə olmayıb:

“Yayılan xəbərin bir qismi doğrudur: avtomobilimlə qəza keçirtmişəm. Lakin hadisə yerini tərk etməyimin səbəbi qəzaya düşdüyüm insanı pis vəziyyətdə qoymaq, ona kömək etməmək olmayıb. Həmin an zərərçəkən şəxs çox aqressiv idi, təhqir və söyüşlərdən istifadə edirdi deyə, hadisə yerindən uzaqlaşdım, dedim ki, əsəbiniz soyuyanda danışarıq. Qəza baş verən yerdə hər yer kameradır. O dərəcədə ağılsız deyiləm ki, kimisə pis vəziyyətdə qoyam və kameralar çəkə-çəkə qaçam. Şükür ki, hər şey yolundadır. Yaranan problem həll edilir. Kiçik bir qəza idi, oldu-keçdi. Bunu şişirtməyin yeri yoxdur. Dəmir parçasıdır, onun da zərəri qarşılanacaq. Əsas can sağlığı olsun. Hər hansı bir xəbəri mətbuat katibimlə dəqiqləşdirmək elə də çətin iş deyil”.

 Qeyd edək ki, mətbuatda yazılanlara görə, ifaçı idarə etdiyi avtomobillə iki gün öncə "28 May" metrosu yaxınlığında "Toyota Prius" markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7362
avatar

Yalçın UĞUR

Oxşar yazılar