Müğənni Vüqar Bariton sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Lent.az-ın xəbərinə görə, o, evlənmək üçün qız axtardığını, amma şərti olduğunu bildirib.
“TikToku olmayan qız axtarıram, tapsam evlənəcəm” deyə 40 yaşlı subay müğənni yazıb.
"Söhbət TikTokda hədiyyə üçün yalvaran və dilənən xanımlardan gedir. Gecə-gündüz kamera qarşısında boş-boş danışan, qalmaqal edən, hədiyyə gələndə "caaan, qurban olaram filankəs, çox sağol" deyib kimlərinsə, ehtiras mənbəyinə çevrilən xanımlardan gedir ki, elə birisinnən nə qadın, nə də normal uşaq böyüdəcək ana ola bilər" deyə o yazıb.
Qeyd edək ki, o, bir müddət öncə zarafatla evlənmək üçün lal qız axtardığını deyib. Bir dəfə isə müğənni tanış olduğu xanımdan onun musiqi zövqü olmadığı üçün ayrıldığını yazıb.
“Telefonundakı musiqilərin siyahısına baxdım, dedim ki, bizimki alınmaz”.