Məşhur meyxanaçı Xəyyam Əhmədli Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Lent.az-ın xəbərinə görə, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıblar.
Onların sözlərinə görə, meyxanaçının ürəyində problem yaranıb və əməliyyat olunmalıdır. Lakin həkimlər hələlik əməliyyatın onun üçün təhlükəli olduğunu düşünərək, gözləməyə, müalicəni davam etdirməyə qərar veriblər.