Tanınmış bloqqer onu  təhqir edənləri   polisə verdi -  VİDEO
28 mart 2023 11:49 (UTC +04:00)

Tanınmış bloqqer onu təhqir edənləri polisə verdi - VİDEO

Türkiyə əsilli tanınmış bloqqer Nagehan Abdullayeva onu təhqir edənlərdən polisə şikayət ərizəsi yazıb.

Lent.az-ın xəbərinə görə, o, bu barədə "Instagram" hesabında məlumat verib.

O, bildirib ki, barələrində şikayət etdiyi şəxslər saxlanılıb:

"Bu zamana qədər mənə təhqir yazanlara fikir vermirdim, sadəcə bloklayırdım. Gördüm ki, insanlar daha çoxunu edir. Yaxın zamanlarda polisə şikayət etmişdim. Nərimanov rayon Polis İdarəsi çox gözəl şəkildə məsələ ilə maraqlandı. Azərbaycan, ya Türkiyə vətəndaşı olsun, heç kim heç kimi təhqir edə bilməz. Bu gün məni təhqir edən üç nəfər tapılıb, məhkəmə qarşısına çıxarıldı. Barələrində sutkalıq həbs qərarı istənildi. 

Məni təhqir edən şəxs 38 yaşında bir nəfərdir. Evlidir, övladları var. Uşaqları, həyat yoldaşı bilməsin, ailəsi ona nifrət etməsin deyə, həbs olunmasına qarşı çıxdım. "Yazıqdırlar", - dedim. Sanmayın ki, sizi kimsə tapan olmaz və s. Belə bir şey yoxdur. Mənə əxlaqsız ifadələr, təhqirlər yazmışdı. Hamı hər kəsi sevmək məcburiyyətində deyil, amma hörmət etməyə məcburdur".

Bloqqer Nagehan Abdullayeva onu təhqir edənləri polisə şikayət etdi

# 1788
avatar

Nigar Namiq

Oxşar yazılar

Çimərlik geyimində foto paylaşmayacam - Ərim narahatdır

Çimərlik geyimində foto paylaşmayacam - Ərim narahatdır

2 iyun 2023 , 22:15
“O ağır intiqam aldı,  üzümüzə tüpürdü”   - Uğur Aslan

“O ağır intiqam aldı, üzümüzə tüpürdü” - Uğur Aslan

2 iyun 2023 , 20:00
Onu  uşaq bilib   zorla...

Onu uşaq bilib zorla...

2 iyun 2023 , 18:52
Hollivud ulduzuna saxtakar və ikiüzlü dedilər –  Görün nəyə görə

Hollivud ulduzuna saxtakar və ikiüzlü dedilər – Görün nəyə görə

2 iyun 2023 , 18:10
Beyonsu  qum saatına   bənzətdilər 

Beyonsu qum saatına bənzətdilər 

2 iyun 2023 , 17:27
İki ulduz birlikdə  yaxalandı

İki ulduz birlikdə yaxalandı

2 iyun 2023 , 16:32
Məşhur müğənni restorandan qorxub qaçdı

Məşhur müğənni restorandan qorxub qaçdı

2 iyun 2023 , 15:46
Tanınmış aktrisa  yeni imici ilə   çox bəyənildi

Tanınmış aktrisa yeni imici ilə çox bəyənildi

2 iyun 2023 , 14:52