Tacirdən İlahə Fədaya SƏRT SÖZLƏR:  "Fədayə ona görə Moskvaya qaçdı"
24 yanvar 2023 19:10 (UTC +04:00)

Tacirdən İlahə Fədaya SƏRT SÖZLƏR: "Fədayə ona görə Moskvaya qaçdı"

Bir neçə gündür müğənnilər Tacir Şahmalıoğlu ilə İlahə Fəda arasında yaşanan qalmaqal səngimir. Söhbət o yerə çatıb ki, İlahə Fədanın açıqlamasında “Bu şəxs özü Fərhad Bədəlbəylinin onu Azərbaycan Milli Konservatoriyasından qovduğunu deyib. Heç sənəti də yoxdur, mikrobdur” - deməsi, qalmaqalı daha da alovlandırıb. 

İfaçının sözlərinə cavab olaraq Tacir Şahmalıoğlu Lent.az-a bildirdi ki, o, gündəmə gəlmək üçün təhqirə əl atıb və dedikləri yalandır:

“O, kimdir ki, onun sözlərinə cavab verim? Heç kim. Niyə səviyyəmi onun səviyyəsinə endirim? Mən deyirəm, siz yazırsınız. Sonra o da haqqımda ağzına gələni danışır. Qalmaqal böyüyür. O adam mənim üzərimdən gündəmə gəlmək istəyir. Media nümayəndələrinə böyük hörmətim var. Onu gündəmə gətirməyin. O, səviyyəsiz biridir. Yiyəsiz, başsız bir qadındır. 

Qovulmaq söhbəti olmayıb. Məni kim qova bilər ki? Azərbaycan Milli Konservatoriyasını bitirən bəzi sənətçilər indi mənim yolumu gedirlər. Amma demişəm ki, 1992-ci ildə Fərhad Bədəlbəylinin yanına getdim. Məni qəbul etmədi. Dedi ki, get, Qarabağda vuruş, gələrsən. Qovulmaq nədir? Ora daxil olmuşdum ki, məni qovsunlar? İlahənin bir ağsaqqalı, ağbirçəyi yoxdur. Bu adamı buraxıblar ortaya, ağzına nə gəldi, danışır”.

Tacir Şahmalıoğlu onu da bildirib ki, Fədayə Laçın bacısına görə ölkəni tərk edib:

“İlahə mənim fanatım, tələbəm olub. Ona çörək vermişəm. Bu gün üzümə ağ olur. İndi də bacısının adından danışır. Fədayə ona nə edib ki? Onu bilirəm ki, Fədayə İlahənin ucbatından bir övladı götürüb Azərbaycanı tərk etdi. İlahənin əməllərindən baş götürüb qaçdı Moskvaya. Bir daha deyirəm. Musiqiçiyəm, özümə görə sənətim, yolum var. Ancaq onun dediyi sözlər mənə yapışmır. Mənə bata bilməz. İt hürər, karvan keçər. Məni tanıyan bilir ki, sevənlərim var. Sənin nəyin var bəs?”.

İlahə Fəda Lent.az-a həmkarının sözləri ilə bağlı sonuncu dəfə münasibət bildirdi:

"Artıq bu haqda danışmamağa qərar vermişəm. Daha onun kimi cahil biri haqqında danışmaq istəmirəm. O şansı ona verməyəcəyəm". 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5637
avatar

Nigar Namiq

Oxşar yazılar