Türkiyəli müğənni Işın Karaca həmkarı Aleyna Tilkiyə “Səsinlə sevil, əynini geyin!” deyərək söz atıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İşın Karacanın bu replikasına stilist Kemal Doğulunun verdiyi cavab isə maqazin dünyasında qalmaqal yaradıb.
O “ bədən forması əl vermədiyinə görə, soyuna bilməyənlər başqalarına “ geyinmək öyrdədir” deyərək ağıl öyrədir. “Məndə səs var” deyib öyünməyin. O səsdən Aleynada da var” şərhini yazıb.
Bu şərh maqazin xəbərlərində “Doğulu Karacanı yerin dibinə soxdu” başlığı ilə xəbər olub. Sosial şəbəkə izləyiciləri isə stilisti qınayaraq Karacanın çox güclü səsə sahib olduğunu, soyunmağın mədəniyyət olmadığını bildiriblər.