Silvestr Stallone 2010-cu ildə “The Expendables” (“Qarşısıalınmaz”) filminin çəkilişlərində döyüş səhnəsinə çəkilərkən boynu sınıb, yeddi ağır əməliyyat keçirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə o özü qatıldığı proqramlardan birində məlumat verib.
“Bu filmdən sonra artıq fiziki olaraq əvvəlki kimi deyildim. Aktyorlara xəbərdarlıq edirəm, kaskadyorluq etməyin”,- o bildirib.
Aktyorun sözlərinə görə, onurğasında 7 müxtəlif əməliyyat keçirilib. Sümüklərinin bir hissəsini metalla əvəz etməli olublar.
Stallonenin həyat yoldaşı, supermodel Cennifer Flavin etiraf edib ki, əri hər dəfə bıçağın altına girəndə dəhşət yaşayır: “ O baş verməmiş kimi davranaraq ağrını gizlətməyə çalışır. İnsanların belindən bu qədər əməliyyat keçirdiyini bilməsini sevmir”