Tanınmış aparıcı Vüsalə Əlizadə sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.
“Çox insanı həyatımdan sildim, heç peşman da deyiləm. Çünki bəziləri həyatıma sevgidən çox burnunu soxurdu”, - o bildirib.
Lent.az-ın xəbərinə görə, Vüsalə Əlizadə iyunun sonunda aparıcısı olduğu “7 canlı” şousunun aparıcılığından uzaqlaşdırılıb. Verilişi hazırda İlhamə Bədəlova aparır.
Vüsalə bu barədə paylaşım edərək yazmışdı: “Dəyər görmədiyin, layiqincə sevilmədiyin, qısqanıldığın, enerji alamadığın ortamları cəzalandır. Tərk et...”
Bu gün aparıcı həmin fikirlərinin ardı olaraq bildirib: "Sevgidən, ayrılıqdan, dostluqdan, xəyanətdən, nifrətdən, hirsdən, kindən doğan hissləri bütün insanlar yaşayır və mən də çoxlarının düşünüb yaza bilmədiyini yazıram”.