Türkiyənin məşhur iş adamı Acun İlicalının keçmiş arvadı Şeyma Subaşının qeyri-etik videosu yayılıb.
Lent.az xəbər verir ki, Şeyma misirli sevgilisi Mohammed Alsalussi ilə birlikdə narkotikdən istifadə edərkən bir qadın tərəfindən videoya çəkilib.
Onun bu videosu sosial şəbəkədə qızğın müzakirə yaradıb. Bəzi istifadəçilər "Melisanı bunun əlindən almaq lazımdır", "pis örnək ana", "şəkər pudrasıdır yəqin" və s. bu kimi şərhlər yazaraq, onu gah ələ salıblar, gah da qınayıblar.
Qeyd edək ki, 32 yaşlı fenomen Şeyma Subaşının Acun İlicalıdan Melisa adlı qızı var.