“Fatmagülün suçu ne?' serialı ilə tanınan türkyəli aktyor Bülent Seyran ötən gün sevgilisi İpək Banu ilə obyektivlərə əks olunub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktyor 2021-ci ilin oktyabrında “sevgilisinin əlindən tutmasını istəmədiyi” xəbərinə görə mətbuat mənsublarını qınayıb:
“İpək mənim sevgilimdir və bu münasibət uzun müddətdir ki, davam edir. Biz heç kimdən gizlənmirik. Haqqımızda çıxan xəbər yanlışdır. Mən niyə sevgilimin əlindən tutmayım ki?”
Xatırladaq ki, 15 ay əvvəl sevgilisi ilə Nişantaşıdakı ticarət mərkəzində ilk dəfə görüntülənən məşhur aktyor onun əlindən tutmaq istəməyib. İpək Banu bir daha aktyorun əlindən tutmaq istəsə də, eyni reaksiya ilə üzləşib. Daha sonra sevgililər əl-ələ tutmaq əvəzinə yan-yana gəzərək alış-verişlərini tamamlayıblar.