Müğənni Sevda Kazımova bu gün kiçik oğlu Nihada toy edir.
Lent.az xəbər verir ki, ifaçının 29 yaşlı övladı sevib-seçdiyi Sevda adlı xanımla nikah masasına əyləşib. Onların məclisinə şou-biznesin tanınmış simaları da təşrif buyurub.
Xatırladaq ki, aparıcılığını Mətanət Əliverdiyevanın etdiyi toya Əməkdar artist Lalə Məmmədova, müğənni Sədaqət Ulduz, stilist-fenomen Rəşad Əliyev, aparıcı İlham Mirzəyev, aktrisa Ülviyyə Əliyeva və başqaları gəlib.
Qeyd edək ki, Əli adlı bəylə evli olan S.Kazımovanın bu evlilikdən iki oğlu var. Böyük oğlu Nicatın toyu 2016-cı ildə olub.