Serdar Ortaçın məhkəməsindən YENİ QƏRAR
26 fevral 2025 12:16 (UTC +04:00)

Serdar Ortaçın məhkəməsindən YENİ QƏRAR

Məşhur müğənni Serdar Ortaç, qanunsuz mərc oyunlarına təşviq ittihamı ilə mühakimə olunduğu məhkəmə prosesində 10 ay həbs cəzasına məhkum edildi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin məhkəmə, hökmün elanının təxirə salındı. Yəni 10 aylıq həbs cəzasının icrası müvəqqəti olaraq dayandıqılıb.

Məhkəmə Prosesi və Hökm

İstanbul 25-ci Asliye Cəza Məhkəməsində keçirilən iclasda, Serdar Ortaç iştirak etməsə də, tərəflərin vəkilləri prosesdə idi. Məhkəmə, Ortaçı "reklam vermək və digər yollarla insanları mərc və ya şans oyunları oynamağa təşviq etmək" cinayətindən 10 ay həbs cəzasına məhkum etdi. Daha sonra isə hökmün elanının təxirə salınmasına qərar verildi.

Hadisənin Əvvəli

İstanbul Cumhuriyyət Baş Prokurorluğu, qanunsuz mərc reklamı etdikləri və insanları buna təşviq etdikləri iddiası ilə Serdar Ortaç və Mehmet Ali Erbil də daxil olmaqla bəzi sosial media fenomenləri və tanınmış şəxslər haqqında istintaq başlatmışdı. İstintaq çərçivəsində, 11 noyabr 2024-cü ildə Serdar Ortaça "ev həbsi" şəklində məhkəmə nəzarəti tədbiri tətbiq edilmiş, lakin 26 noyabr 2024-cü ildə bu tədbir ləğv edilmişdi. Hazırlanan iddianamədə, Ortaç'ın "reklam vermək və digər yollarla insanları idman müsabiqələrinə əsaslanan sabit ehtimallı və ya birgə mərc və ya şans oyunları oynamağa təşviq etmək" cinayətindən 1 ildən 3 ilə qədər həbs cəzası ilə cəzalandırılması tələb edilmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar