Türkiyəli məşhur müğənni Serdar Ortaçın keçmiş həyat yoldaşı, ifaçının bir neçə gündür gündəm olan sözlərinə cavab verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qadınlarla bağlı sözləri böyük əks-səda doğuran 53 yaşlı Ortaç, qalmaqallı şəkildə ayrıldığı keçmiş həyat yoldaşı Chloe Loughnanı da hədəf almışdı. Məsələ ilə bağlı Loughnan da Serdar haqqında danışıb.
"Bərabərlik deyə-deyə bizə qarşı çıxdınız. İpləri bu qədər qadınlara verməyin, utanın, yazıq biz kişilərə", - deyə müğənni bildirmişdi.
O, Serdar Ortaça cavab vermək üçün türkcəsinin kifayət etmədiyini də deyib:
“Mən şərh vermək istəmirəm. Yəqin ki, şəxsi həyatında dediyi problem var. Bu mövzuda ona cavab verməyə türkcəm yetərli deyil, yoxsa çox gözəl cavab verərdim. O, tək mənə yox, bütün qadınlara qarşı sərt sözlər dedi”.