Türkiyəli məşhur müğənni Serdar Ortaç TikTok-da canlı yayımda səhhəti ilə bağlı verdiyi açıqlama ilə pərəstişkarlarını kədərləndirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yaşadığı çətin günləri danışan Ortaç qumarın həyatını alt-üst etdiyini bildirib:
"Məni bu vəziyyətə gətirən çox qumar oynamağım, çox pul itirməyin oldu. Bu gün 10 qazandınsa, sabah 20 itirəcəksən. And içirəm ki, qumarda qazanmaq yoxdur. Mən ən bahalı maşınları sürdüm, ən bahalı evlərdə qaldım. Amma indi bütün pulumu itirdim".
Ortaç bu yaxınlarda Alişanın aparıcılıq etdiyi verilişin qonağı olub. Səhhətinin vəziyyəti ilə bağlı məlumat verən 53 yaşlı sənətçi "Ayaqqabımı tək çıxarmaqda belə çətinlik çəkirəm, bu xəstəliyin müalicəsi yoxdur. Üç dəfə panik atak keçirdim, dördüncüsü olsa, təhlükəli vəziyyət olacaq. Ayağımı itirmək riskim var. İnşallah heç nə olmaz" deyib.