Türkiyəli müğənni Serdar Ortac tükənmişlik sindromu yaşadığını bildirib.
Lent.az-ın xəbərinə görə, o bundan narahatlıq duymadığını, əksinə məmnun olduğunu söyləyib.
“Fırtına kimi bir gənclik yaşadım. Həyatın verdiyi bütün nemətləri daddım. İndi tükənmişəm. Bu yaxşıdır, heç nədə gözün olmur, rəqabət duyğun itir, o olsun, bu olsun, O irəli getdi, mən qaldım kimi duyğularla yaşamırsan. Bu bir müdriklik səviyyəsidir”, müğənni vurğulayıb.