Dünya şöhrətli müğənni Selin Dion “Titanik” filmində oxuduğu məşhur "My Heart Will Go On" mahnısı ilə bağlı maraqlı açıqlama verib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, müğənni bu mahnını əsla oxumaq istəmədiyini, ərinin təkidi ilə ifa etməyə razı olduğunu deyib.
“Mənə bu musiqi dünya şöhrəti gətirdi, çox sevildi. Mən isə onu ilk dinləyəndə sevmədim, oxumaq istəmədim. Həftələrlə xahiş etdilər. Axırda ərimin təkidi ilə studiyaya gedib bir dəfə oxudum. İkinci təkrarı etmək istəmədim. İndiyədək rejissoru,bəstəkarı incitdiyim üçün çox peşmanam. “Titanik” filmində ən yaxşı mahnı və ifaya görə mən də mükafat aldım”, - o bildirib.