Dünya şöhrətli aktrisa, bir zamanlar seksual görünüşünə görə, kişi jurnallarının üz qabıqlarını bəzəyən Pamela Anderson yenidən yada düşüb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bir zamanların seks simvolu sayılan 56 yaşlı Pamela 3 aydan çoxdur üzünə heç bir kosmetik vasitə çəkmir, makiyajdan istifadə etmir.
Onun təbii görünüşü ilə kameralar qarşısına keçməsi”Proenza Schouler” geyim brendinin diqqətini çəkib və Pamelanı öz simaları elan ediblər. İndi aktrisa bu brendin geyimlərini reklam edəcək. “Niyə məhz Pamela?” sualının cavabı isə sadədir. Brend qadınların hər halları ilə gözəl olduğunu, makiyaj olmadan, təbii halları ilə xoş göründüklərini önə çıxarmaq, komplekslərindən azad etmək istəyir.