Lent.az çoxuşaqlı müğənnilərimiz barədə məlumat verir.
Xalq artisti Mələkxanım Əyyubovanın Hökümə, Cəfər, Nəzrin, Nicat adlı dörd övladı var.
Xalq artisti Gülyanaq Məmmədova 3 qız bir oğul anasıdır.
Xuraman Şuşalı dörd uşaq anasıdır. Onun iki oğlu və iki qızı var.
Əməkdar artist Fərqanə Qasımova 4 övladı ilə fəxr edir. Uşaqlardan üçü əkizdir.
Müğənni Rəqsanə İsmayılova 4 övlad anasıdır və beşinci uşaq arzuladığını bildirib.
Safurə Əlizadə üç övladı var.
Nura Suri 3 oğul anasıdır.
Aysel Teymurzadə də 3 övladla çoxuaşaqlı ana sayılır.
Müğənni Fidan Hacıyeva iki oğul, bir qız anasıdır.
Müğənni Aygün Mahmudova üç uşaq dünyaya gətirib.
Muğam ustası, Əməkdar artist Bəyimxanım Vəliyeva ən çoxuşaqlı sənətkardır, onun 5 övladı var.