Dəlisov açıqlamaları ilə hər zaman diqqət çəkən türkiyəli müğənni İrem Derici konsertində izləyicilərinə maraqlı anlar yaşadıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, müğənni konserti zamanı ifasını yarımçıq kəsərək, bir xanıma üz tutub.
“Hey xanım, mənim sevgilimdən uzaq dur! Sevgilimin üstünə dişi ağcaqanad qonanda da tufan qopardıram mən, o əlini Gökhandan çək!”.
Qeyd edək ki, salonda müğənnin sevgilisi Gökhan Fırat da olub.