“Səhnədə paltarım yırtıldı” - Əməkdar artist
14 avqust 2024 16:57 (UTC +04:00)

“Səhnədə paltarım yırtıldı” - Əməkdar artist

“30 ildən çoxdur səhnələrdəyəm. Bu illərdə əlbəttə  çətin günlərim də, həmkarlarımın qısqanclığı ilə qarşılaşdığım da olub. “Leyli və Məcnun” tamaşasının premyerasına 1 gün qalıb, gördüm ki, mənim geyimimi hazırlamayıblar. Tamaşa günü paltarı əyri-üyrü tikib verdilər  mənə. Bir təhər baş örpəyi ilə filan əyrilərini gizlətdim. Amma tamaşanın elə başlanğıcında paltarın arxa hissəsi əynimdə yırtıldı. Kürəyim qaldı açıqda”.

 Bu fikirləri Lent.az-a Əməkdar artist Gülüstan Əliyeva səsləndirib.

“Səhnədə elə hərəkət edirdim ki,  tamaşaçılardan heç kim paltarın cırıldığını hiss eləməsin. Amma pərdə arxasında rejissorumuz Hafiz Quliyev saçlarını yolur. Əl- qol hərəkəti ilə məni hədələyir ki, sən nə edirsən, bütün mizanları pozmusan. Elə əsəbiləşmişdi ki, üzünə baxmağa qorxurdum.  Pərdə arxasında mənə yaxın olan ikinci rejissora kürəyimi  göstərdim ki, anlasın niyə belə edirəm. O da Hafiz müəllimə dedi. Səhnə dəyişdi, mən də gedib ikinci səhnə üçün olan qiyafətə büründüm, həmin libasın üstündən  geniş xalat  geyindim, beləcə vəziyyətdən çıxdım. Bu paltarın belə alınmsında təbii ki, bəzi məşhurların, öz həmkarlarımın rolu olmuşdu”,- deyə müğənni qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20180

Oxşar yazılar

Xalq artistinin qolu sındı

Xalq artistinin qolu sındı

20 may 2025 , 18:21
Gökseli bu halda görənlər onu tanımadılar

Gökseli bu halda görənlər onu tanımadılar

20 may 2025 , 15:38
İzləyicilər səhnəyə dırmaşdı : Ece Seçkindən sərt reaksiya

İzləyicilər səhnəyə dırmaşdı: Ece Seçkindən sərt reaksiya

20 may 2025 , 10:42
Müğənni Mirkamil əməliyyat  olundu

Müğənni Mirkamil əməliyyat olundu

20 may 2025 , 02:41
Tanınmış aktrisa səhnədə huşunu itirdi

Tanınmış aktrisa səhnədə huşunu itirdi

19 may 2025 , 14:32
Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

19 may 2025 , 13:08
Donald Tramp məşhur müğənniyə  lağ etdi: “O, artıq seksual deyil”

Donald Tramp məşhur müğənniyə lağ etdi: “O, artıq seksual deyil”

18 may 2025 , 13:34
Türkiyədən Bakıya gələn  Nesrin Cavadzadədən yataq pozaları

Türkiyədən Bakıya gələn Nesrin Cavadzadədən yataq pozaları

16 may 2025 , 19:53