Müğənni Səidə Sultanın estrada musiqisinin hazırkı vəziyyətini tənqid etməsinə Şəbnəm Tovuzludan cavab gəlib.
Lent.az xəbər verir ki, Səidə qonaq olduğu verilişlərin birində hazırda “YouTube”da milyon baxış sayı toplayan mahnıların Azərbaycan musiqisi üçün utancverici olduğunu söyləmişdi:
"Azərbaycan musiqisi zay gündədir. Sizə elə asan gəlir, amma musiqi pis gündədir. Mənim yaşıdlarım olan müğənnilər gözəl müğənnilərdir. Gözləyirdim ki, bizdən sonra gələnlər xaricə çıxıb Avropada özlərini tanıdacaqlar. Əksinə, 30 il geriyə getdi. Amma indi gələnlər "rakka-çıkka" oxuyur. Xaricdən gələn qonaqlar qulaq asır, utanıram. Milyon baxış vermək bomba deməkdir?".
Onun söylədiklərinə isə Şəbnəm "Tarixin bir günü" proqramında belə reaksiya verib:
"Səidə dostumdur, amma bizi alçaltmaq və kateqoriyaya bölmək düzgün deyil. Biz əminliklə deyə bilərik ki, istəsək, onların da janrında oxuyarıq. Bu gün mahnı janrında, efirin tələbatında, kütlə sevgisində bir yerdə duraq, görək, kim yüksəkdir?
Bəli, bu yerdə biz üstünük. Əgər mədəniyyət, əxlaq, insanlıq geyim ilə efirə çıxıb bəzi hərəkətlərlə ölçülürsə, onda əxlaqlı, gözəl geyimlə çıxıb insanlara örnək olan xanımam. İfam da, tərzim də, xanımlığım da yerindədir. Bizi mahnılarımızla alçaltmaq heç kimin haqqı deyil".