Şəbnəm Tovuzlu məhkəməlik olduğu  müğənnini   HƏDƏLƏDİ -  Kişi ol!
07 fevral 2024 12:40 (UTC +04:00)

Şəbnəm Tovuzlu məhkəməlik olduğu müğənnini HƏDƏLƏDİ - Kişi ol!

Müğənni Şəbnəm Tovuzlunu iranlı müğənni Peyman Keyvani məhkəməyə verib.

Lent.az-ın xəbərinə görə, buna səbəb Şəbnəmin Peymana aid yeni “Dumanlı şəhər” mahnısını ifa etməsidir. Şəbnəmin ondan icazəsiz mahnını oxuması Keyvanini əsəbiləşdirib, o Şəbnəmin rəsmi "YouTube" səhifəsini şikayət edib.

Şəbnəm Tovuzlu öz sosial şəbəkə hesabından Peyman Keyvaniyə müraciət edərək, ona hədə-qorxu gəlib.

“Mənim səhifəmi şikayət eləmək sənin başın üçün deyil, heç nə edə bilməzsən. Sən sevin ki, mahnını oxudum, tanınmasına kömək etdim. Cənubi Azərbaycanda milyonlarla pərəstişkarım var, sənə heç yaxşı nəticə verməz bu qalmaqal. Bir az kişi ol, qabiliyyətin olsun.

Sənin kimi ölkəmizə gələn başqa iranlı müğənnilər də var. Elə bu xasiyyətinə görə, nə adın var, nə şöhrətin. Haqqımda danışdıqlarına fikir ver! Məhkəməyə verirsənsə, əlindən gələni ardına qoyma. Etməsən, kişi deyilsən! Və adımı çəksən bundan sonra sənin üçün daha pis olacaq! Ağıllı ol!”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9441
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar