Kolumbiyalı müğənni Şakiranın şərəfinə anadan olduğu Barrankiilya şəhərində heykəl qoyulub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, şəhər meri Hayme Pumareho bildirib ki, Şakiranın heykəlində onun rəqsinin gözəlliyi, ürəyinin atəşini əks etdirməyə çalışıblar.
O bildirib ki, Şakia Karib hövzəsi qadınlarının ilham mənbəyidir.
Bürüncdən hazırlanan heykəlin hündürlüyü 6,5 metrdir.
Şakira açılış mərasimində iştirak etməsə də, yerlilərinə minnətdarlığını bildirib. O, hazırda İspaniyanın Barselona şəhərində yaşayır.