Dünya şöhrətli müğənni Şakira konsertində sürpriz açıqlama verib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 47 yaşlı kolumbiyalı müğənni Kaliforniyanın İndio şəhərində keçirilən “2024 Coachella Musiqi və İncəsənət Festivalı” çərçivəsində gözlənilmədən səhnəyə çıxaraq tamaşaçıları təəccübləndirib.
Yeddi ildən sonra martın 22-də işıq üzü görən 12-ci albomu "Las Mujeres Ya No Lloran" (Qadınlar Artıq Ağlamaz) ilə pərəstişkarlarını sevindirən Şakira dünya turnesinə çıxacağını bəyan edib.
Şakiranın dünya üzrə konsertləri noyabr ayında start götürəcək.