"Şahzadə Harri kraliçaya qarşı  qəddar   davranırdı"- İDDİA
05 iyun 2023 15:32 (UTC +04:00)

"Şahzadə Harri kraliçaya qarşı qəddar davranırdı"- İDDİA

Mərhum kralişa II Yelizavetanın dostlarından biri şahzadə Harrinin öz xəstə nənəsinə qarşı qəddar münasibətindən danışıb.

Lent.az-ın xəbərinə görə, adının çəkilməsini istəməyən mənbə  “Page Six” nəşrinə verdiyi müsahiəsində şahzadənin nənəsinə əzab verdiyini və hörmətsiz davrandığını bildirib.

Onun sözlərinə görə, kraliça son illər güclü bədən ağrılarından şikayət edirdi.

“2022-c ilin iyun ayında onun görməsi zəifləmişdi, qulaqları eşitmirdi və şüuru tez-tez qarışırdı. Kraliça saraydakı otağından çox az hallarda çıxırdı. Bu müddət ərzində şahzadə Harri və xanımı Meqan Markl kraliçaya qarşı hörmətsiz rəftar edirdilər.

Kraliçanın halı özündə olmadığı halda, onlar sarayda özlərinə qarşı  ayrıseçkilik edilməsi barədə bəyanatlar  verir, kraliyyət ailəsini gözdən salırdılar. Bu mənada Harrinin kraliçaya qarşı davranışı sadəcə qəddarlıq adlandırıla bilərdi”, - o bildirib.

# 1857
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar