Mayın 15-də keçirilən Bakı Marafonunda Xalq artisti Röya Ayxanın əlində daş-qaşla bəzədilmiş səyahət fincanı kameralara düşüb.
Lent.az xəbər verir ki, sosial şəbəkələrdə yayıldığına görə, an görüntülərə həmin fincan "Versace" brendinə məxsus olan "Meduza" kolleksiyasına aiddir.
Qiyməti isə 968 dollar, bizim pulla 1645 manat dəyərindədir.
Sosial şəbəkələrdə qınanılan fotolara izləyicilər "israfçılıqdır", "o pulu kasıba ver", "sərvətini görün nələrə xərcləyir" və s. kimi şərhlər yazıblar.