Müğənni Rəqsanə İsmayılovanın başına iş gəlib.
Lent.az xəbər verir ki, sənətçinin 1 milyon izləyici olan İnstaqram səhifəsi oğurlanıb.
Qeyd edək ki, müğənni bu gün İnstaqram səhifəsində yeni klipini təqdim etmişdi. O, yeni ekran işinin ona 1 milyon yarım rubla (təxminən 34 min 350 manat) başa gəldiyini bildirmişdi.