Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Rusiyada qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi üzrə saxlanılıb.
Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, müğənni Moskvanın Solntsevski rayonu üzrə İstintaq Komitəsinin istintaq şöbəsinə pasportların qanunsuz qeydiyyatı halları ilə bağlı şahid qismində gəldikdən sonra tutulub.
İsmayılova təkcə şahid qismində deyil, həm də Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi - “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib. İstintaq zamanı məlum olub ki, müğənninin müstəntiqə təqdim etdiyi pasport da Daxili İşlər Nazirliyinin Solntsevski Rayon Daxili İşlər İdarəsinin əməkdaşı Yelena Smirnova və Qurbanov adlı şəxslərin vasitəsilə qanunsuz olaraq alınıb.
Müstəntiqlərin fikrincə, İsmayılova saxta məlumatlar olan sənədlərin alınmasında kömək üçün Qurbanova 650 min rubla yaxın pul köçürüb.
Müğənni ilə qalmaqal Rusiyada qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirlərinin ümumi sərtləşdirilməsi fonunda baş verib. Sənədlərin saxtalaşdırılması işi ilə məşğul olan İsmayılova öz ərizəsi ilə azadlığa buraxılıb və barəsində cinayət işi açılıb. İndi İsmayılovanı gələcək karyerasına və azadlığına təhlükə yarada biləcək ciddi cəza gözləyir.
***
14:55
Müğənni Rəqsanə İsmayılovanın Rusiyada saxlanılması barədə xəbərlər yayılıb.
Lent.az sosial mediaya istinadən xəbər verir ki, o, Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.