Müğənni Rəqsanə İsmayılova Moskvada əkiz övladlarına ad günü məclisi edib.
Lent.az-ın məlumatına görə, ifaçının övladının özəl gününə Xalq artisti Nisə Qasımova, müğənni Samir Piriyev, aparıcı Sərxan Kərəmoğlu qatılıb. Doğum günü iki hissəli olub. İlk hissədə məşhurun övladları uşaqların əhatəsində olub. İkinci hissədə isə R.İsmayılova ailəsinə yaxın olan insanlarla bir araya gəlib. Dünəndən başlanan məclis bu gün səhər saatlarına qədər davam edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, R.İsmayılova gələn il fevralın 5-də Azərbaycanda oğluna kiçik toy edəcək. Həmin məclisin ikinci hissəsi isə Moskvada olacaq.