Çoxlu sayda cinsi zorakılıq və insan alveri ittihamı ilə üzləşən məşhur amerikalı reper Diddiyə qarşı daha bir iddia qaldırıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, onun keçmiş sevgilisi Kessinin dostu olan dizayner Briana Bonqolan gözlənilməz etiraf edib. Qadının sözlərinə görə, o reperin keçmiş sevgilisinə qarşı cinsi zorakılığın şahidi olub . Bir dəfə Diddi Kessini 17-ci mərtəbənin eyvanından atmağa cəhd göstərib. Bu hadisə 2016-cı ildə baş verib.
Briana çəkdiyi uzunmüddətli emosional stressə görə 10 milyon dollar məbləğində təzminat tələb edir.
Bu il P.Diddi kimi tanınan Şon Kombs 120-dən çox adam tərəfindən uşaqlara qarşı zorakılıq, cinsi təcavüz və insan alverində ittiham edilib. İddialarda qeyd olunduğu kimi, həmin şəxs öz cinayətlərini 25 il müddətində törədib. Sonradan məlum oldu ki, ən gənc qurbanın cəmi 9 yaşı olub.