Repçi Çakal  və aktrisa Türkü Su Demirellə bağlı “bomba” eşq iddiası
06 yanvar 2026 10:44 (UTC +04:00)

Repçi Çakal və aktrisa Türkü Su Demirellə bağlı “bomba” eşq iddiası

0

Rep dünyasında “Çakal” səhnə adı ilə tanınan Emirhan Çakal ilə aktrisa Türkü Su Demirelin yaxınlaşdığı iddiası maqazin kulislərini hərəkətə gətirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, iddialara görə, cütlük ötən günlərdə qatıldıqları bir tədbirdən sonra birlikdə görüntülənib.

Əldə edilən məlumatlara əsasən, Emirhan Çakal və Türkü Su Demirel təşkil olunan məclisdən eyni anda ayrılıblar. Bu detal ikilinin yaxın çevrəsində “yeni bir münasibət başlayırmı?” suallarının yaranmasına səbəb olub.

Hələlik tərəflərdən rəsmi açıqlama verilməsə də, iddialara görə gənc cütlük münasibətlərini hələlik gözdən uzaq və sakit şəkildə yaşamağı üstün tutur. Çakal və Demirelin bu söz-söhbətlərə yaxın zamanda necə reaksiya verəcəyi isə maraq doğurur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar