Mərhum gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) nəvəsi yol qəzasında dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, bu barədə mərhum sənətçinin qızı Rasimə “Elgizlə izlə” verilişdən açıqlama verib.
O bildirib ki, bacısının övladı hələ Rəmiş sağ ikən yol-nəqliyyat hadisəsindən sonra bir müddət yataq xəstəsi olub. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Rasimə, həmçinin, uşağın dəfn mərasiminə Rəmişin qatılmadığını da qeyd edib.