Əməkdar artist Rafael İsgəndərov maraqlı paylaşımı ilə diqqət çəkib.
Lent.az-ın xəbərinə görə, atyor 33 il öncəyə aid bir fotonu paylaşıb. 1990-cı ilə aid həmin fotoda əməkdar artist Coşqun Rəhimov, aktyor və aparıcı Azər Axşam, meyxanaçı Vüqar Əbdülov və astroloq Səbuhi Rəhimli yer alıb.
1990-cı ildə onların hamısı Azərbaycan Dövlət İncəsənət Universtitetinin "Dram teatrı və kino aktyoru" fakültəsinin tələbələri olublar.