Xalq artisti Aygün Kazımova qızı İlqarə Kazımova barədə danışıb.
Lent.az-ın məlumatına görə, müğənni "Söhbət musiqidən gedir" verilişində bu sözləri deyib:
"Çətindir öz övladının xasiyyətini, səndə olmayan baxışını qəbul etmək. Səhv addım atsa...
Atsın, mənim də olub. Onların sayəsində möhkəmlənmişəm. Bir ana kimi onu qəbul etmək çətindir. Amma kənardan baxanda düşünürəm, öz həyatıdır. Bu gün varam, sabah olmaya bilərəm. Bir ana kimi çalışıram onu problemlərdən çıxarım. Amma səhv edirəm. Gərək özü üzləşsin, çalışıb çıxsın çətinliklərdən. Əvvəl heç bacarmırdım, indi çalışıram özü üçün onu baş-başa qoyum".
Xalq artisti daha sonra bildirib ki, nənə olmaq arzusundadır:
"Qızımı çox erkən yaşda dünyaya gətirmişəm. İstəyərdim gənc nənə olum. Əslində mən 10-15 il bundan əvvəl nənə ola bilərdim. Qızımın öz taleyi, alın yazısı var. Dedim, öz həyatını yaşasın. Təkid etmirəm, dünyasını pozmaq istəmirəm. Öz həyatıdır... Yanımda olmasa da olar, əsas xoşbəxt olsun".