Lent.az qeyri-adi oriyentasiyalı ailələrdə böyümüş və fərqli seksual istəkləri olan ulduzları təqdim edir.
Emi Adamsın ailəsində ata ilə ana yerlərini dəyişmişdilər. Əvvəl hərbiçi olan ata sənətini atıb musiqiçi olduqdan sonra özünü qadın kimi aparmağa, evdar qadın olan anası isə bodibilder olduqdan sonra kişiləşməyə başladı. Tezliklə ata evi tərk edib, ana isə özünə yeni arvad alıb.
Emi Adams və bacı-qardaşları iki qadının tərbiyəsi altında böyüyüb. Sonda Emi də biseksual olduğunu etiraf etməli olub.
Aktrisa Enn Heç həmkarı aktrisa Ellen Ceneres ilə birlikdə olduqlarını elan edib. Enn bildirib ki, onun keşiş atasını uzun illər hər kəs nümunəvi ailə başçısı hesab etsə də, o özü homoseksual olduğunu etiraf edib.
Ennin Ellenlə münasibətləri 5 sürdükdən sonra onlar ayrılıblar, En bir kişi ilə ailə qurub uşaq dünyaya gətirib.
Rene Russonun atası xəstələnib ailəni tərk etdikdən sonra onun anası təsəllini başqa bir qadının qolları arasında tapıb. İki qadının tərbiyəsi altında böyüyən Rene uzun illər öz seksual oriyentasiyasını müəyyən edə bilməyib.
Aktrisa Cudi Foks qadın sevgilisinin olması barədə etirafı özü edib. O, 14 il öz prodüser rəfiqəsi ilə eşq yaşayıb. Və bu Cudinin həyatındakı tək qadın olmayıb.
2014-cü ildə Foster Aleksandra Hedison ilə rəsmi nikaha girib. Cudinin anası içki aludəçisi olan ərini boşadıqdan sonra öz yaxın rəfiqəsi ilə sevgi münasibətləri yaşamağa başlayıb.
Robert De Niro da atasının homoseksual olması barədə danışmaqdan utanmayıb. Lakin cəmiyyətin təzyiqlərindən utandıqları üçün onun ata anası ayrılmayıb, eyni dam altında dost kimi yaşayıblar.
De Niro bu münasibətin onun psixologiyasına çox təsir etdiyini və özünün doyumsuz sevgi mübtəlasına çevrilməsini, xəyanətlərini bu travmayla əlaqələndirdiyini deyib.