Müğənni Sevda Yahyayeva
20 oktyabr 2021 13:37 (UTC +04:00)

Müğənni Sevda Yahyayeva

Qayınanası Sevda barədə NƏLƏR DEDİ? VİDEO

Müğənni Sevda Yahyayeva barədə qayınanası Svetlana Bayramova danışıb.

Lent.az-ın məlumatına görə, qayınana "Səhər mərkəzi" verilişində deyib:

"Ah bu Sevda" mahnısını çox sevirdim. Sən demə, qızlarım bilirmiş. Bir gün oturub mənə dedilər ki, elçi gedəcəyik, sevindiyimdən ağladım. Mənfi xüsusiyyəti odur ki, iş görməyə qoymur. Qonaq gələndə nəşə etmək istəyirəm, imkan vermir. Səliqəyə fikir verən adamam. Çox səliqəlidir, hər şey yerində olur.

Sevda ilə oğlum görüşəndə onun ilk sözü bu olub ki, müğənniyəm, işimi davam etdirəcəm, hər yerə çağırıla bilərəm. Biz müasir ailəyik, deyib ki, problem yoxdur. Xoşbəxtəm ki, ocağımıza belə gəlin düşüb".

Qeyd edək ki, Sevda və Zakir bir il iki ay əvvəl rəsmi nikaha girib. Cütlüyün toyu oktyabrın 25-də olacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14004
avatar

Yalçın UĞUR

Oxşar yazılar