Lənkəranda qayınanasının döydüyü 31 yaşlı Rəmziyyə Qurbanova barədə baldızı danışıb.
Lent.az xəbər verir ki, “Səni axtarıram” verilişinə zəng edən baldız bildirib ki, anası gəlinlərini səbəbsiz döyməyib:
“Anama zəng edirdim, mənə deyirdi ki, gəlin mənim ömrümü yeyib, mənə baxmır, cavab qaytarır. Dedim ki, onun dili də çıxıb? O bizim evə gəlin gələn gün oturuşunu, duruşunu gördüm, anama dedim ki, bu bizim evimizə layiq gəlin deyil. Rəmziyə, anam sənə demişdi ki, təndiri yandır. Təndiri nəylə yandırmışdın? Nəyə görə döyülmüsən? Deyə bilərsən? Uşaq beziylə təndir yandırıb. Bəsdir, hər şeyin düzünü danış”.
Daha sonra R.Qurbanorvanın həyat yoldaşı efirə gəlib, barışmaq istədiyini deyib. Qarşı tərəf bu təklifə razı olmayıb.
Qeyd edək ki, bu il aprelin sonlarında Lənkəran rayonu, Üuxarı Nüvədi kəndində Girdənaz Qurbanova 31 yaşlı gəlini Rəmziyyə Qurbanovanı döyüb. Hadisə anının görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra hüquq-mühafizə orqanları məsələyə müdaxilə etmişdi.
Həmin hadisəyə aşağıdakı videoda baxa bilərsiniz: