Türkiyənin tanınmış müğənnisi Alişan
10 sentyabr 2021 12:36 (UTC +04:00)

Türkiyənin tanınmış müğənnisi Alişan

Qardaşını itirən Alişan Bakıda konsert verir

Türkiyənin tanınmış müğənnisi Alişan Azərbaycana gəlib. Lent.az-ın məlumatına görə, ifaçının paytaxtımıza gəlişinin səbəbi sabah restoranların birində verəcəyi konsertdir. Türkiyəli müğənni ilə eyni səhnəni Əməkdar artist Ədalət Şükürov və rəqqasə Renka ( Rəna Ağamuradova ) da bölüşəcək. 

Qeyd edək ki, Alişanın bir müddət öncə qardaşı dünyasını dəyişib. İfaçı qardaşının vəfatından sonra Azərbaycanda ilk dəfə səhnəyə çıxacaq.  

# 4986
avatar

Yalçın UĞUR

Oxşar yazılar