Türkiyənin “Söyləməzsəm olmaz” adlı maqazin proqramında müzakirə olunan bəzi mövzular o qədər açıq-saçıq və həddini aşmış olur ki, efirdə belə söhbətlərin getməsinə inanmaq olmur. Lakin elə izləyicini də bu qeyri-adi söhbətlər cəlb edir.
Lent.az-ın məlumatına görə, aparıcılar Bircan Bali, Pınar Eliçe və Ebru Şancı aktyor Uraz Kayğılaroğlunun sevgi münasibətinin çox qısa olmasından bəhs edərək, bunun səbəbini tapmağa çalışıblar. Bircan Bali, “Deyirlər yataqda çox tənbəldir, dərhal yatır, xoruldayır. Bəlkə buna görə, xanımlar ona 1 həftə dözürlər”, deyib.
Pınar Elice, “Sən onunla yatdınmı? Bir yatandan soruşmaq lazımdır”, deyincə Bircan Urazla heç vaxt qarşılaşmadığını bildirib.