Tanınmış idmançı Kamil Zeynallı bir neçə gün öncə “patı” yaxud “şüşə” adlandırılan narkotiklərlə bağlı sosial şəbəkədə paylaşım edib. Lent.az xəbər verir ki, Kamilin paylaşımında izləyiciləri “patı” satanların ünvanlarını açıqlamışdı.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Kamil Zeynallı ilə əlaqə saxlayıb. Bu barədə Lent.az-a K.Zeynalının özü açıqlama verib:
“Bu barədə mənlə adiyatı orqanla danışıqlar oldu. Paylaşımım üçün mənə təşəkkür edildi. Söylədilər ki, mən sosial şəbəkədə müəyyən qədər izləyicisi olan adamam. Bununla bağlı daha bir video çəkməyimi istədilər. Düşünürəm ki, bu təqdirə layiq addımdır. Bəzi yeni nəsil qızlar, oğlanlar bu bəlaya düşməsin deyə bu cür tədbirləri gücləndirmək lazımdır”.
Qeyd edək ki, DİN-in iyulun 9-da keçirilən kollegiya iclasın da nazir, general-polkovnik Vilayət Eyvazov müraciət edərək, narkotiklərə qarşı mübarizədə vətəndaşların, jurnalistlərin və bloqerlərin köməyinə ehtiyac olduğunu bildirmişdi.