Pike Şakira  ilə ayrılmasından DANIŞDI
09 noyabr 2023 14:43 (UTC +04:00)

Pike Şakira ilə ayrılmasından DANIŞDI

“Barselona”nın və futbol üzrə İspaniya milli komandasının sabiq müdafiəçisi Xerard Pike müğənni Şakiradan ayrılmasından danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "İnsanlar baş verənlərin on faizini belə bilmirlər" deyə futbolçu bildirib.

O, ayrıldıqdan sonra barəsində deyilənlərə fikir vermədiyini və bu mövzunu müzakirə etmək fikrində olmadığını vurğulayıb.

İyun ayında Şakira Pikenin xəyanətini necə bildiyini söyləyib. Müğənni atası reanimasiyada olarkən keçmiş partnyorunun xəyanətini mediadan oxuduğunu xatırladıb. 

Pike və Şakiranın ayrılması iyunun 2-də məlum olub. Buna səbəb futbolçunun çoxsaylı xəyanətləri olduğu bildirilib. Futbolçu ilə müğənni 2011-ci ildən münasibətdədir. Cütlüyün iki övladı var - Milan və Saşa.

# 3882
avatar

Fidan İlqar

Oxşar yazılar