Dünyanın aparıcı proqram təminatı şirkətlərindən biri olan “Adobe”-nin həmtəsisçisi, "Photoshop"un memarı Con Uornok 82 yaşında vəfat edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Con Uornokun ölüm səbəbi hələlik açıqlanmayıb.
Uornok texnoloji yenilikləri ilə dünyanı dəyişdirdiyinə və sənayeni ruhlandırdığına görə bir çox mükafat və fəxri adlar alıb. Bunlara “Milli Mühəndislik Akademiyasının Təqaüdü”, “Milli Elm Medalı”, Kompüter Tarixi Muzeyi Şöhrət zalına üzvlük və digər mükafatlar daxildir.