Xoşbəxt evliliklərini davam etdirən türkiyəli tanınmış aktyor Özcan Dəniz və həyat yoldaşı Samar Dadgar Almaniyaya səfər ediblər.
Lent.az xəbər verir ki, cütlük sevgi dolu yeni fotolarını sosial mediada izləyiciləri ilə bölüşməyi unutmayıb.
Məşhur müğənni və aktyor Özcan Dəniz, qardaşı Ercan Dəniz və bacısı Yurda Güler ilə yaşadığı problemlərlə gündəmə gəlmişdi. 53 yaşlı müğənni və aktyor, eyni zamanda meneceri olan qardaşı Ercan Dənizlə məhkəmədə üz-üzə gəlmişdi.
Ailəsini həyatından uzaqlaşdırdığını bildirən məşhur sənətçi artıq tək ailəsinin oğlu Kuzey və həyat yoldaşı Samar Dadgar olduğunu demişdi.
Ailəsinə qarşı sərt mövqe sərgiləyən Özcan Dəniz “Heç vaxt olmadığım qədər yüngül və güclüyəm” ifadəsini işlətmişdi.
Müğənni Özcan Dəniz və həyat yoldaşı Samar Dadgarın xoşbəxt evliliyi davam edir. Tez-tez ailə fotolarını paylaşan cütlüyün yeni istirahət marşrutu Almaniya olub.
Samar Dadgar həyat yoldaşı ilə birlikdə olduqları yeni fotoları Instagram hesabından izləyicilərinin bəyənisinə təqdim edib.