Özcan Dəniz bu dəfə sərvəti ilə gündəm oldu:  Görün haranı alıb? -  VİDEO
12 dekabr 2025 19:46 (UTC +04:00)

Özcan Dəniz bu dəfə sərvəti ilə gündəm oldu: Görün haranı alıb? - VİDEO

0

Son dövrlər ailəsi ilə yaşadığı problemlərlə gündəmdən düşməyən məşhur sənətçi Özcan Deniz bu dəfə sərvəti ilə diqqət çəkib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, bir yaşayış kompleksini tamamilə alıb.

Əldə olunan məlumata görə, Özcan Deniz sözügedən yaşayış kompleksində 20-yə yaxın daşınmaz əmlaka sahibdir. Hadisə sosial şəbəkə fenomenlərindən birinin həmin kompleksdə yerləşən mənzillərdən birini kirayə götürmək istəməsi və bunu paylaşması ilə üzə çıxıb.

500 kvadratmetr sahəsi olan lüks mənzil geniş otaqları, hər otaqda ayrıca hamamı və böyük hovuzu ilə görənləri heyrətləndirib. Əmlakçı bildirib ki, Özcan Deniz bir müddət həmin evdə yaşayıb, daha sonra isə eyni kompleksdə başqa bir mənzilə köçüb.

İddialara görə, sosial media fenomeni Özlem Öz də eyni yaşayış kompleksində yerləşən mənzillərdən birini aylıq 300 min lirə kirayə haqqı ilə götürüb.

Əmlakçının sözlərinə görə, Özcan Deniz bu kompleksi faktiki olaraq bütövlükdə alıb və burada ona məxsus çoxsaylı mülklər var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar