Müğənni Xatun Əliyeva qonaq olduğu “Tarixin bir günü” verilişində maraqlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, o, 1 il əvvəl oğlu Adilə etdiyi toydan xeyli qazanc əldə etdiyini söyləyib.
“Oğlum Adilin toyundan mənə 50 min manat pul qaldı. Xalq artisti Aygün Kazımova toyda pulsuz oxudu. Xalq artisti Röya isə iştirak etməsə də, zərfdə nəmər göndərdi”,- deyə o bildirib.