"Oğlum var, ikinci dəfə ərə getmək mənə yaraşmaz" - Əməkdar artist
01 dekabr 2021 09:23 (UTC +04:00)

"Oğlum var, ikinci dəfə ərə getmək mənə yaraşmaz" - Əməkdar artist

Əməkdar artist Gövhər Rzayeva şəxsi həyatından danışıb.

Lent.az-ın məlumatına görə, qarmon ifaçısı “Xəbər-ətər” verilişində bildirib ki, yenidən ailə qurmayacaq: 

“Boşanandan sonra ikinci dəfə ailə qurmadım. Çünki uşaqlarım böyük idi. Oğlum var, mənə yaraşmaz. İnsan bir dəfə ailə qurar. Birincidən gətirmədisə, gətirmədi. Növbəti dəfə ailə qurmağa meyilli olmadım. Çünki sənətim var. Gecə gündüz Allaha deyirəm ki, mən səndən kişi istəmirəm ki... Sadəcə ruzu ver, mənə övlad dağı çəkdirmə. Allahıma sonsuz təşəkkür edirəm. Həyatımdan razıyam”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5607
avatar

Yalçın UĞUR

Oxşar yazılar