"Oğlum deyir ki, sənə görə rahat yaşaya bilmirik" - Elza  - VİDEO
09 dekabr 2021 09:36 (UTC +04:00)

"Oğlum deyir ki, sənə görə rahat yaşaya bilmirik" - Elza - VİDEO

Əməkdar artist Elza Seyidcahan bacıları və oğlu Ələkbərlə aralarında olan problemdən danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı "Qonağım ol" verilişində bu sözləri deyib:

"İnciklik deyil, hərə öz evində. Qızımla bir evdə qalıram. O da ayrı evdə yaşasaydı, gedib-gəlməzdim. Hamı mənim evimə gəlir. Vaxtım yoxdur kiminsə evinə gedim. Zaman elə gətirir ki, insanlar bir-biri ilə ayrı qalsın. Kiməsə töhvəmizi verdik, ondan istifadə etsinlər. Elə davranmalıdırlar ki, başqasına zərər gəlməsin. Oğlum elə tərbiyənin yiyəsi deyil, mənə kobudluq etsin. Deyirlər, övladın nankorluğudur. Oğlum tərbiyəli, gözəl uşaqdır, anaya, bacıya hörmət edir. O qədər safdır ki... Sual verirlər ki, ana şeir yazır, o da havaya düşüb, deyir yazmasın. İndi həqiqəti dərk edir. Bilir, anası düz yoldadır, heç kim də ona çata bilməz.

Birdən qohumlardan kimsə gəlir ki, qızım sənin üstündə işdə dalaşıb, stolu çırpıb müdirin başına. Cavab verirəm ki, sənin qızın tərbiyəsizlik edib, bir fanatı məndən qaçırıb. Sən ona Elzanı sevdirəydin, şeirlərini göstərərdin. Olardı mənim ömürlük fanatım. Bacılarım deyir ki, sənə görə narahatıq, rahat yaşaya bilmirik. Hara gedirik, 5 manatlıq nəyisə 10 manata satırlar. Onlara irad tutanda deyirlər bizə də sənin şeirlərini deyirlər, mübahisə edirik. Mənə görə mübahisə etməyin, yaxşılıq edin. Utanırsızsa, deyin, biz də Elzanı qəbul etmirik.

Oğlum deyir ki, metroya minə bilmirəm. Maşını xarab olanda, metroya minir. Deyir, məni həyatda rahat yaşamağa qoymursan. Hamı mənə baxır, sənin adını çəkir. Deyirəm, sevinmirsən? Deyir, sənə görə rahat yaşaya bilmirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4626
avatar

Yalçın UĞUR

Oxşar yazılar