"O qədər ağlayıram, gözümün yaşı qurumur" - Əməkdar artist
20 dekabr 2021 15:28 (UTC +04:00)

"O qədər ağlayıram, gözümün yaşı qurumur" - Əməkdar artist

Əməkdar artist Gülbahar Şükürlü vəfat edən həyat yoldaşı Zakir bəy barədə danışıb.

Lent.az-ın məlumatına görə, musiqiçi bildirib ki, yoldaşının ölümündən 3 il ötür:
"Zahid, 3 ildir sənsizik. Amma hələ də inanmırıq və inanmaq istəmirik. Sənsiz bu qədər yaşamağıma heç inana bilmirəm. Ancaq sən mənim yoxluğuma dözməzdin. İnan o qədər ağlayıram, hələ də gözümün yaşı qurumur. O qədər məni danlayırlar.

Başa düşürəm, belə gün hamımız üçün var, sadəcə, növbəmizi gözləyirik. Sən çox yaxşı insan idin. Mən sənin kimi yaxşı ola bilmərəm. Heyf səndən... Uşaqla uşaq, böyüklə böyük idin. Allah sənə rəhmət eləsin. Allah ruhunu şad eləsin, başımın tacı. Gözəl, mənalı günlərimin səbəbkarı, Zahid. Sən məndən uzaqlaşdıqca, mən sənə yaxınlaşıram".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5040
avatar

Yalçın UĞUR

Oxşar yazılar