Bu xanım plastik əməliyyatlardan doymur, özünü dünyada ən gözəl qadın hesab edir.
Lent.az-ın xəbərinə görə, o, ukraynalı Anastasiya Pokreşukdur. Son dəfə 2021-ci ildə almacıq sümüklərini böyüdərək qeyri-adi görkəm alan Anastasiya bu iki il ərzində dayanmayaraq, dodaqlarını, sinəsini, çənəsini dəfələrlə böyüdüb. Özünü təbii halındakından daha gözəl hesab edən ukraynalı xanım plastik cərrahiyənin təqdim etdiyi bütün yeniliklərdən istifadə etmək niyyətindədir.
İnstagram-da 300 minlik səhifəsi olan Anastasiyanın hazırda 34 yaşı var. O, izləyicilərinə 26 yaşından estetik əməliyyatların aludəçisi olduğunu deyib.