Ət duzlama hərəkəti ilə məşhurlaşan Nüsrət Gökçə yeni məkanının gəlirini xeyriyyə məqsədi ilə xərcləyib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ət restoranından sonra qəhvə kafesi açan qəssab Nüsrət Gökçe oradan əldə etdiyi gəlirin yarısını Uşaqların Müdafiəsi Agentliyinə bağışlayacağına söz verib.
Ailə və Sosial Xidmətlər naziri Derya Yanık və uşaqları qonaq edən Nüsrət 6 aylıq gəlirinin yarısı olan 1 milyon 20 min TL-ni Türkiyə Respublikası Ailə və Sosial Xidmətlərə bağışlayıb.
Nazirlə qəhvə süfrəsi arxasında söhbət edən qəssab 18 yaşdan yuxarı gənclərə ölkədə və xaricdə peşə təhsili ilə bağlı dəstək verəcəyini deyib. Nüsrəti görəndə çox sevinən uşaqlar bolluca xatirə şəkilləri çəkdirdilər.